RU

Paşinyanı döymək istəyən erməni HƏBS OLUNDU

Mayın 18-də İrəvanda "Vətəndaş Müqaviləsi" partiyasının seçki kampaniyası zamanı özünü “Artsax İnqilab Partiyası” adlı qondarma qurumun sədri kimi təqdim edən Artur Osipyan hüquqi məsuliyyətə cəlb edilib. 

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, buna səbəb onun Baş nazir Nikol Paşinyana yaxınlaşaraq onu hədələməsi və şillə ilə vurmaq cəhdi olub. Osipyan Paşinyanı xəyanətdə, satqınlıqda və 44 günlük müharibədə 5 min nəfər erməninin ölümünə səbəb olmaqda ittiham edib. 

Bunun cavabında da Baş nazir Osipyanın özünün nə üçün sağ qaldığını və müharibədə iştirak etmədiyini soruşub. Qəzəblənən Osipyan Paşinyana barmaq silkələyib, sonra isə onu vurmağa cəhd edib. 

Artur Osipyan xuliqanlıqda ittiham edilərək saxlanılıb. Osipyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri çıxarılıb.

Избранный
39
cebheinfo.az

1Источники