RU

Si Cinpin Türkmənistana səfər edəcək

BAKI, 21 may. TELEQRAF

Çin Sədri Si Cinpin Türkmənistana sədər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Çin liderinin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova göndərdiyi məktubda bildirilib.

Si Cinpin məktubda münasib vaxtda Türkmənistana səfər etməyə hazır olduğunu təsdiqləyib. Həmçinin o, Türkmənistan-Çin hərtərəfli strateji tərəfdaşlığının əhəmiyyətini qeyd edib və Türkmənistan Prezidenti ilə sıx işgüzar əlaqələrin saxlanmasında maraqlı olduğunu bildirib.

Çin Sədri Pekinin Aşqabadla müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına dəstəyini vurğulayıb. O deyib ki, Çin-Türkmənistan Əməkdaşlıq Komitəsi yeni birgə layihələr üçün təklifləri nəzərdən keçirə və onları müvafiq şərtlər daxilində həyata keçirə bilər.

Xatırladaq ki, Türkmənistan Prezidenti bundan əvvəl Si Cinpini ölkəyə səfərə dəvət etmişdi.

Избранный
15
teleqraf.com

1Источники