RU

Cənubi Afrika nümayəndəsi: WUF13 qarşılıqlı təcrübə mübadiləsi aparmaq baxımdan böyük əhəmiyyət daşıyır

Bakı, 21 may, AZƏRTAC

WUF13-ün dayanıqlı şəhərlərin gələcəyinin formalaşdırılmasında mühüm rol oynadığını düşünürəm. Hesab edirəm ki, xüsusilə Afrika, Asiya və Latın Amerikası ölkələri, eləcə də Avropanın bəzi dövlətlərinin mənzil və insan məskunlaşması ilə bağlı problemləri var.

Bunu AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən Cənubi Afrikanın Azad Dövlət əyalətində yerləşən Manqaunq Metropoliten Bələdiyyəsinin üzvü Qriqori Mosala deyib.

O bildirib ki, bu tədbir ölkələri və xalqları bir araya gətirmək, dünya resurslarını paylaşmaq və qarşılıqlı təcrübə mübadiləsi aparmaq baxımdan böyük əhəmiyyət daşıyır.

Избранный
14
azertag.az

1Источники