RU

UNDP: Şəhər kontekstində su sistemlərinə yanaşma xüsusi əhəmiyyət daşıyır

Hazırda iqlim böhranı dövründəyik.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən panel müzakirəsində BMT-nin İnkişaf Proqramının (UNDP) Böhran Bürosu, Fəlakət Risklərinin Azaldılması, Bərpa və Dayanıqlılığın Gücləndirilməsi üzrə rəhbəri Ronald Jackson deyib.

O bildirib ki, BMT-nin İnkişaf Proqramının (UNDP) əsas fəaliyyət istiqamətlərindən biri şəhər inkişafına sistemli yanaşmanın tətbiqidir.

Onun sözlərinə görə, “Resilient Urban Futures” (Dayanıqlı Şəhər Gələcəkləri) proqramı da məhz bu məqsədə xidmət edir: “Bu çərçivədə şəhəri bir sistem kimi dəyərləndirərək onun fəaliyyətini təmin edən əsas dəyişənləri müəyyənləşdirməyə və şəhər sakinlərinin ehtiyaclarını dayanıqlı şəkildə qarşılayan sahələrə investisiya yönəltməyə çalışırıq. Məsələn, “Hands On” adlı proqramımız istilik dalğaları və yüksək temperatur risklərinin idarə olunmasına həsr olunub. Biz qəbul edirik ki, hazırda iqlim böhranı dövründəyik. Şəhər kontekstində suya və su sistemlərinə yanaşma da xüsusi əhəmiyyət daşıyır. Biz elə su təchizatı sistemləri qurmalıyıq ki, həm şəhər sakinlərinin ehtiyaclarını qarşılaya, həm də suyun şəhər mühitinə mənfi təsirini minimuma endirə bilsin”, – o vurğulayıb.

Избранный
32
apa.az

1Источники