RU

Neymar ZƏDƏLƏNİB

Braziliya millisinin üzvü Neymar zədələnib.

Apasport.az xəbər verir ki, bu barədə “O Globo” nəşri məlumat yayıb.

Hazırda “Santos”da çıxış edən 34 yaşlı vinger “Koritiba”ya qarşı keçirilən oyunda (0:3) sıradan çıxıb.

Həkim müayinəsindən sonra futbolçunun sağ ayağının baldır əzələsində şişkinlik aşkarlanıb.

Dünya çempionatının yekun heyətinə daxil edilən futbolçunun durumunun nə dərəcədə ciddi olduğu ilə bağlı əlavə tibbi qiymətləndirmələrin aparıldığı bildirilir.

Qeyd edək ki, Neymar Braziliya millisinin heyətində keçirdiyi 128 oyunda vurduğu 79 qolla komandanın tarixində ən çox qol vuran futbolçudur.

“Beşiktaş”da yeni təyinat - RƏSMİ

Sabiq "Fənər"li "Qalatasaray" yolunda: OKAN BURUK ŞƏXSƏN DANIŞIB

Konte “Fənərbaxça”ya razılıq verdi: Amma bir şərti var

Çeferindən “Qalatasaray”a böyük tərif: “Avropada baş rolda olmalıdır”

Kadıoğlu ilin oyunçusu seçildi - PREMYER LİQA KLUBUNDA

Избранный
7
apasport.az

1Источники