RU

"Azərbaycanda mənzil təminatı sistemi dayanıqlı model kimi inkişaf etdirilir" - Anar Kərimov

“Azərbaycanda bəzi innovativ mexanizmləri tətbiq etməyə çalışırıq. Yerli maliyyələşmə baxımından son 20 ildə Azərbaycan ev təminatı sistemi ortaya qoya bilib. Bu sistemin dayanıqlı olmasına çalışırıq”.

Redaktor.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən “Mənzil maliyyəsi üçün yeni sövdələşmə” adlı sessiyada maliyyə nazirinin birinci müavini Anar Kərimov dedi.

O vurğuladı ki, 58 min ipoteka müqaviləsi bağlanılıb:

“Bu, xüsusilə gənc ailələr üçün çox əlverişli alətdir. Bu modeli rəqabətədavamlı edən bir neçə faktor var. Söhbət təkcə maliyyələşmədən yox, idarəetmədən də gedir. Güzəştli ipoteka da vacib məsələlərdəndir. Bu imkan əsas kateqoriyalar üçün təqdim olunur. Həm dövlət işçilərinə, həm də publik sahədə çalışanlara şamil edilir.

Bütün mərhələlərdə rəqəmsallaşma tətbiq olunur və bu addımları atmağa davam edirik. İpoteka fondu, Mənzil Fondu ilə əməkdaşlıq edərək güzəştli evlərin təmin olunmasını həyata keçirir”.

Aytəkin TOFİQQIZI

Избранный
75
redaktor.az

1Источники