RU

Brüsseldən Kremlə xəbərdarlıq: Sərt cavab veriləcək

Avropa İttifaqı və NATO Rusiyanın Baltikyanı ölkələrə qarşı hərətkətlərinə laqeyd qalmayacaq və sərt cavab verəcək. 

Ölkə.az xəbər verir ki, buna səbəb Rusiya Ukraynanın Baltik ərazisindən dron hücumları üçün istifadə etməsini iddia edərək Baltikyanı ölkələrə cavab verəcəyi olub.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen X (tviter) sosial media hesabında Rusiyanın Baltikyanı ölkələrə qarşı açıq təhdidlərinin tamamilə qəbuledilməz olduğunu bildirib: “Bir üzv dövlətə qarşı təhdid bütün birliyimiz üçün təhdiddir".

Von der Leyen bildirib ki, Avropa birlik və güclə cavab verəcək. “Biz şərq cinahımızın təhlükəsizliyini bütün səviyyələrdə güclü kollektiv müdafiə və hazırlıqla gücləndirməyə davam edəcəyik", - o qeyd edib.
Avropa Şurasının prezidenti Antonio Kosta Rusiyanın təhdid və təxribatlarının hibrid müharibə taktikasının bir hissəsi olduğunu vurğulayaraq əlavə edib ki, bunlar bütün Aİ üçün təhlükə yaradır.

"Biz həmçinin Rusiyaya Ukraynaya qarşı ədalətsiz və səbəbsiz təcavüzkar müharibəsinə son qoymaq üçün təzyiqi artıracağıq", - Kosta qeyd edib. 
NATO-nun baş katibi Mark Rutte Rusiyanın ittihamlarını absurd adlandırıb. “Əgər dronlar Ukraynadan uçursa, bu, Ukraynanın Latviya, Litva və ya Estoniyaya dron göndərmək istədiyi üçün deyil. Bu, Rusiyanın ehtiyatsız və qanunsuz tammiqyaslı təcavüzündən irəli gəlir”.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya ordusu Moskvanın Ukraynanın Baltik ərazilərindən Rusiyaya qarşı dron hücumları üçün istifadə etdiyinə dair iddialarına müvafiq cavab hazırlayır.

Rusiya Xarici Kəşfiyyat Xidməti həmçinin Latviyanı Ukraynanın öz ərazisindən dron hücumları həyata keçirməsinə icazə verməkdə günahlandırıb.

Mürtəza

Избранный
13
2
olke.az

3Источники