RU

ABŞ-da növbəti səs-küylü istefa: Kennedinin gəlini vəzifəsindən getdi

ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin rəhbəri Robert Kennedinin (kiçik) gəlini Amarillis Foks Kennedi ABŞ kəşfiyyatındakı iki yüksək vəzifəsindən eyni anda istefa verib.

Bizim.Media xəbər verir ki, bu barədə "The Washington Post" nəşri məlumat yayıb.

Məlumata görə, 45 yaşlı keçmiş MKİ (CIA) zabiti İrana qarşı müharibəyə qarşı çıxıb və bu məsələdə Prezident Donald Trampla ciddi fikir ayrılığı yaşayıb.
 

Amarillis Kennedi ABŞ Milli Kəşfiyyatının rəhbəri Tulsi Qabbardın müavini (Siyasət və potensiallar üzrə) vəzifəsindən, eləcə də Ağ Evin Büdcə İdarəsində xüsusi xidmət orqanlarının məxfi xərclərinə kuratorluq etdiyi postundan uzaqlaşıb.


Bu, ABŞ rəhbərliyində İranla müharibə səbəbindən baş verən artıq ikinci səs-küylü istefadır.

Təxminən iki ay əvvəl Milli Kontrterrorizm Mərkəzinin rəhbəri Co Kent də məhz eyni səbəbdən vəzifəsini tərk etmişdi.

Həmkarına ünvanladığı rəsmi məktubda Kennedi İran məsələsinə toxunmayıb və istefasının səbəbini uşaqlarına daha çox vaxt ayırmaq və özəl sektorda fəaliyyət göstərmək istəyi ilə əsaslandırıb. Bununla belə, onun prezidentin kəşfiyyat üzrə məsləhət şurasındakı yerini qoruyub saxlayacağı qeyd olunur.

Bizim.Media

Избранный
16
bizim.media

1Источники