RU

Qazaxıstan Müdafiə Nazirliyi yadplanetlilərlə bağlı bəyanat verdi

BAKI, 21 may. TELEQRAF

1994-cü ildə Qazaxıstan üzərində naməlum uçan obyektlərin (UNO) görünməsinə dair ABŞ-nin Müharibə Departamentinin (Pentaqon) açıqladığı arxiv sənədlərində yer alan məqamlar qeydə alınmayıb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi bəyanat yayıb.

Qurum Amerika sənədlərindəki UNO hesabatlarını faktiki dəlillərlə təsdiqlənməmiş, ayrı-ayrı vətəndaşların şəxsi ifadələri kimi rədd edib.

“Bu fakt təsdiqlənməyib. Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin Qazaxıstan Respublikası ərazisində naməlum obyektlərin aşkarlandığını təsdiqləyən heç bir dəlil və ya rəsmi nəticəsi yoxdur”, - açıqlamada bildirilib.

MN əlavə edib ki, Qazaxıstanın hava hücumundan müdafiə qüvvələri göstərilən müddətdə UNO-ların aşkarlanması və ya izlənilməsini qeydə almayıb və sözügedən məlumatlar yalnız şəxslərin subyektiv ifadələrini əks etdirir, xarici dövlətlərin arxiv mənbələrində yer alır və obyektiv faktlarla təsdiqlənmir.

Qazaxıstanın müdafiə qurumu UNO hesabatlarının hazırlanmasında iştirak etmədiyini, həmçinin arxivlərində ölkənin hava məkanında oxşar anomal hadisələrə dair heç bir sənədli sübut olmadığını vurğulayıb.

Xatırladaq ki, Pentaqon mayın əvvəlində UNO-lara dair arxiv məlumatlarını dərc edib. Dərc olunmuş sənədlər arasında ABŞ-nin Tacikistandakı səfirliyinin 1994-cü ildə göndərdiyi məktub da var. Məktubda “Tajik Air” şirkətinə məxsus “Boeing” təyyarəsinin heyətinin Qazaxıstan üzərindən uçarkən UNO müşahidə etdiyi bildirilir. Sənəddə pilotların manevr edən işıqlı obyekt gördükləri qeyd olunur. Həmçinin deyilir ki, fenomenin atmosferdə yanan meteorit ola biləcəyi ilə bağlı təkliflərə cavab olaraq, heyət dəfələrlə “axan ulduzlar” gördüyünü, amma idarə olunduğunu iddia edib.

Избранный
18
teleqraf.com

1Источники