RU

Anaklaudiya Rossbax: Heç bir ölkə mənzil problemini yalnız beynəlxalq maliyyə hesabına həll edə bilməyib

BAKI, 21 may. TELEQRAF

Karyeram boyu gəldiyim əsas nəticələrdən biri budur ki, heç bir ölkə mənzil problemini uzunmüddətli və dayanıqlı şəkildə yalnız beynəlxalq maliyyə hesabına həll edə bilməyib.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Saziş” adlı tədbirdə çıxışında deyib.

Onun sözlərinə görə, əsas rol daxili maliyyəyə məxsusdur:

“Dünyadakı böyük nümunələrə baxsaq, Çin yüz milyonlarla insanı yoxsulluqdan çıxararaq mənzil təminatını daxili maliyyə hesabına həyata keçirdi. Avropa müharibədən sonra ABŞ-dən Marşall Planı çərçivəsində maliyyə dəstəyi aldı, amma sonradan öz sistemlərini qurdu. Latın Amerikasında – Uruqvay, Braziliya, Kolumbiya, Meksika, Çili kimi ölkələr – mənzil siyasətlərini dövlət yığımları, kooperativlərin və işçilərin əmanətləri, həmçinin vergi mexanizmləri hesabına formalaşdırdılar. Hindistanda da eyni yanaşma tətbiq olunub.

Mənim üçün əsas məsələ budur: başlanğıc üçün xaricdən müəyyən ilkin maliyyə dəstəyi ola bilər, amma dayanıqlı nəticə üçün güclü milli mənzil maliyyələşdirmə sistemləri qurulmalıdır”.

Избранный
48
teleqraf.com

1Источники