RU

Premyer Liqaya vəsiqə qazandılar, millimizin üzvü üçün hərəkətə keçdilər

Azərbaycan Premyer Liqasına vəsiqə qazanan “Şəfa” komandası transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, paytaxt təmsilçisi millimizin üzvü ilə güclənmək niyyətindədir. Söhbət “Şamaxı”nın futbolçusu Rüfət Abbasovdan gedir.

“Şəfa” rəhbərliyi oyunçunun xidmətində maraqlıdır. Müdafiəçinin transferi üçün bütün səylər göstəriləcək. Elitada yalnız azərbaycanlı futbolçularla mübarizə aparacaq komanda Abbasovu heyətinə qatmaqda israrlıdır.

Xatırladaq ki, 21 yaşlı futbolçu cari mövsüm bölgə təmsilçisinin heyətində 36 oyunda bir qol vurub, 7 assist edib.

Onun klubu ilə müqaviləsi yayda başa çatır.

Избранный
35
idmanxeber.az

1Источники