RU

“Aston Villa” Avropa Liqasının qalibi oldu – İlk dəfə


İngiltərənin “Aston Villa” komandası Avropa Liqasının finalında Almaniyanın “Frayburq” komandasını 3-0 hesabı ilə məğlub edib.
Yeniavaz.com
xəbər verir ki, final oyunu İstanbulda “Beşiktaş Park” stadionunda baş tutub.
Qolları Yuri Tilemans (41), Emiliano Buendia (45+3) və Morqan Rocers (58) vurub.
Bununla da, “Aston Villa” tarixində ilk dəfə Avropa Liqasının qalibi olub.
1982-ci ildə komanda Avropa Kubokunu və UEFA Super Kubokunu qazanıb. Birminqem klubu yeddiqat İngiltərə çempionudur. O, həmçinin, yeddiqat İngiltərə Kuboku, beşqat Liqa Kubokunun qalibidir.
İngiltərə komandasına ispaniyalı məşqçi Unai Emeri rəhbərlik edir. Bu, onun beşinci Avropa Liqası finalı idi. O, əvvəllər İspaniya klubları olan “Sevilya”ya (2014, 2015, 2016) və “Vilyarreal”a (2021) turnirdə qələbə qazandırıb. Emeri həmçinin 2019-cu ildə İngiltərənin “Arsenal” klubu ilə final oynayıb, lakin “topçular” İngiltərənin "Çelsi" klubuna 4-1 hesabı ilə məğlub olub. “Frayburq” isə ilk Avropa finalına vəsiqə qazanıb.
“Aston Villa” gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq. Birminhem komandası 30 mayda Budapeştdə UEFA Super Kuboku uğrunda “Arsenal” və “Paris Sen Jermen” arasında keçiriləcək Çempionlar Liqası finalının qalibi ilə qarşılaşacaq.
Избранный
19
yeniavaz.com

1Источники