Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Çin Xalq Respublikasının sədri Si Cinpin yaxın vaxtlarda Şimali Koreyaya səfər edə bilər.
Bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələrdən birinin sözlərinə görə, Seulda Si Cinpinin yaxın zamanda KXDR-yə səfər edəcəyinə dair kəşfiyyat məlumatları əldə olunub.
Digər rəsmi şəxs bildirib ki, səfər mayın sonu və ya iyunun əvvəlində baş tuta bilər.
Qeyd olunub ki, apreldə Çin xarici işlər naziri Van İ Şimali Koreyaya səfər edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.