RU

Mourinyonun “Real”dan ilk göndərəcəyi futbolçu bəlli oldu

“Real Madrid”lə müqavilə imzaladığı deyilən Joze Mourinyo heyətdə ciddi dəyişikliklər etməyə hazırlaşır. Metbuat.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin komandada bir neçə futbolçu ilə yolların ayrılmasını istədiyi bildirilir. İspaniya mətbuatının yaydığı məlumata görə, Mourinyonun göndərmək istədiyi ilk oyunçulardan biri Eduardo Kamavinqadır. Xəbərdə qeyd olunur ki, təcrübəli çalışdırıcı yeni mövsüm öncəsi heyəti yenidən formalaşdırmaq niyyətindədir. Mourinyonun rəhbərliklə artıq bəzi transfer məsələləri ilə bağlı ilkin müzakirələr apardığı da iddia olunur.

Qeyd edək ki, Joze Mourinyo daha əvvəl 2010-2013-cü illərdə “Real Madrid”i çalışdırıb və komanda ilə bir sıra titullar qazanıb.

Избранный
8
metbuat.az

1Источники