RU

DİM-in 17 may səhvi: həm izafı xərc, həm psixoloji təzyiq...

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanını həm BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının açılış mərasimi ilə eyni tarixdə olması, həm də əlverişsiz hava şəraiti səbəbindən 14 iyun tarixində təkrar təşkil edəcək. İmtahan tarixinin beynəlxalq miqyaslı forumla eyni günə salınması isə haqlı narazılıqlara səbəb oldu.

Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti İlqar Orucov 17 mayda keçirilən magistraturaya qəbul imtahanlarının təkrar təşkil olunmasını şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, qurumlararası koordinasiyanın zəifliyi belə nəticəyə gətirib çıxardı:

“WUF13 kimi qlobal miqyaslı tədbirin tarixi və logistika planları daha öncədən rəsmi şəkildə təsdiqlənir. Bununla bağlı təkcə dövlət qurumları deyil, vətəndaşlar da məlumatlı olur. Xüsusilə imtahan təşkil edən DİM-in bu tarixi nəzərə almaması strateji planlama və qurumlararası koordinasiyanın zəif olduğunu göstərir.

Bakıda eyni gündə həm minlərlə xarici qonağın hərəkəti, həm də üç mindən çox tələbənin imtahan binalarına axınının nəqliyyat sistemində sıxlığa səbəb olacağı əvvəlcədən bəlli idi. Üstəlik gözlənilməz hava şəraiti də mövcud vəziyyəti daha da çətinləşdirdi. Ancaq DİM bütün prosesi öncədən analiz edərək imtahan vaxtını əvvələ və ya sonraya təyin edib, yarana biləcək bütün riskləri azalda bilərdi.

Избранный
29
1
publika.az

3Источники