RU

İran Səfirliyi sadiq xidmətçilərinin əziz xatirəsini dərin ehtiram və hüznlə yad edir

İran

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin

Xidmət Şəhidlərinin ikinci ildönümü münasibətilə bəyanatı

Bismillahir-rəhmanir-rəhim

İran İslam Respublikasının mərhum Prezidenti, şəhid Ayətullah Seyid İbrahim Rəisinin və onun dəyərli silahdaşlarının ilahi məqama yüksəlişinin ikinci ildönümü ilə əlaqədar olaraq, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi İran xalqının bu sadiq xidmətçilərinin əziz xatirəsini dərin ehtiram və hüznlə yad edir.

Xidmət şəhidləri, o cümlədən xarici işlər naziri şəhid Hüseyn Əmir Abdullahian, şəhid Ayətullah Ali-Haşim, şəhid Malik Rəhməti və digər müşayiətçilər 2024-cü ilin may ayının 19-da Qız Qalası və Xudafərin birgə su bəndlərinin açılış mərasimində iştirak etdikdən sonra, xalqa xidmət və regional əməkdaşlığın möhkəmləndirilməsi yolunda şəhadət zirvəsinə ucalmışlar.

Bu mühüm birgə layihələrin açılış mərasimi İran İslam Respublikası ilə Azərbaycan Respublikasının ikitərəfli əməkdaşlığın genişləndirilməsi, dostluq münasibətlərinin inkişaf etdirilməsi və iki xalqın rifahı və tərəqqisi naminə ortaq imkanlardan faydalanmaq istiqamətində nümayiş etdirdiyi iradənin bariz nümunəsi olmuşdur. Şəhid Ayətullah Rəisinin bu mərasimdə iştirakı İran İslam Respublikasının qonşu ölkələrlə, xüsusilə Azərbaycan Respublikası ilə münasibətlərin möhkəmləndirilməsinə və regionda konstruktiv əməkdaşlığın inkişafına verdiyi xüsusi önəmin göstəricisi idi.

Şübhəsiz ki, bu dəyərli şəhidlərin təşviq etdiyi xoş qonşuluq, qarşılıqlı hörmət və iqtisadi, tranzit və mədəni əməkdaşlığın inkişafına əsaslanan yanaşma iki ölkə arasında münasibətlərin daha da dərinləşməsində mühüm rol oynamış və onların xatirəsi daim İran və Azərbaycan xalqlarının yaddaşında ehtiramla yaşayacaqdır.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi xidmət şəhidlərinin uca məqamını ehtiramla yad edir, Uca Allahdan onlara rəhmət və ali dərəcələr, ailələrinə isə səbir və sağlamlıq diləyir.

Cavid

Избранный
1
1
xalqcebhesi.az

2Источники