RU

İnformasiya yorğunluğu beynin gizli tükənməsinə səbəb olur

Rusiyalı psixoloq Natalya Mokiçeva müasir dövrdə artan informasiya axınının insan psixikasına ciddi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, sosial şəbəkələr və xəbər lentlərinin həddindən artıq izlənməsi emosional və zehni tükənməyə səbəb ola bilər.

Editor.az-ın məlumatına görə, mütəxəssis qeyd edib ki, informasiya yorğunluğunun ilk əlamətlərindən biri səbəbsiz halsızlıq hissidir. İnsan uzun müddət telefondan istifadə etdikdən sonra özünü ağır iş görmüş kimi yorğun hiss edir.

Natalya Mokiçevanın sözlərinə görə, yeni məlumatların tez unudulması da beynin həddindən artıq yüklənməsinin göstəricisidir. Bu vəziyyət yaddaş zəifliyi ilə deyil, informasiya bolluğu ilə əlaqələndirilir.

Psixoloq bildirib ki, gündəlik qərarvermədə çətinlik yaşanması, emosional reaksiyaların zəifləməsi və daim xəbərləri yoxlama ehtiyacı da informasiya tükənməsinin əsas əlamətləri sırasındadır.

Mütəxəssis psixoloji gərginliyin azalması üçün sosial şəbəkə və xəbər istifadəsinə məhdudiyyət qoymağı tövsiyə edib. Onun fikrincə, gün ərzində informasiya qəbuluna fasilələr vermək beynin daha sağlam fəaliyyət göstərməsinə kömək edir.

//Gülnarə Abasova, Editor.az

Избранный
42
editor.az

1Источники