RU

Gənc müəllim vəfat etdi – Foto

İmişlidə gənc müəllim vəfat edib.

Bizim.Media “yenisabah.az”a istinadla xəbər verir ki, rayonun 8 nömrəli tam orta məktəbində hərbi hazırlıq fənnini tədris edən Zaur Şükürov 37 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Z.Şükürov 1989-cu ildə İmişlinin Əliqulular kəndində anadan olub. Gəncə Dövlət Universitetinin Tarix fakültəsini bitirib.

O, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olub.

Mərhumun bir övladı yadigar qalıb.


Bizim.Media

Избранный
39
6
bizim.media

7Источники