RU

ABŞ İran ətrafında lazer silahı yerləşdirdi

ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasında, o cümlədən Yaxın Şərq, Mərkəzi Asiya və Şərqi Afrikada fəaliyyət göstərən iki Amerika esminesi lazer sistemləri ilə təchiz olunub.

Musavat.com xəbər verir ki, məlumatı "The War Zone" qəzeti yayıb.

Bildirilir ki, "USS Spruance" esminesi "Abraham Lincoln" təyyarədaşıyan zərbə qrupunun bir hissəsidir, "USS John Finn" esminesi isə Hind okeanında döyüş növbətçiliyi aparır. Hər iki gəmi dronları çaşdırmaq və gəmilərdə, sualtı qayıqlarda, pilotlu təyyarələrdə və dronlarda kəşfiyyat sistemlərinin kameralarını və sensorlarını neytrallaşdırmaq üçün nəzərdə tutulmuş ODIN lazer sistemi ilə təchiz olunub.

Portalın məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri ümumilikdə doqquz gəmidə istiqamətləndirilmiş enerji silahları yerləşdirib.

Musavat.com

 

Избранный
1
2
musavat.com

9Источники