RU

Si Cinpin Şimali Koreyaya səfər etməyi planlaşdırır

Çin Xalq Respublikasının Sədri Si Cinpin tezliklə Şimali Koreyaya səfər edə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya hökumətindəki mənbələrə istinadla məlumat yayıb.

"Çin Xalq Respublikasının Sədri Si Cinpin tezliklə Şimali Koreyaya səfər edəcəyini göstərən kəşfiyyat məlumatları əldə etmişik", - deyə agentliyin mənbələrindən biri bildirib.

Başqa bir rəsminin sözlərinə görə, bu səfər may ayının sonu və ya iyunun əvvəlində baş tuta bilər.

Seul qeyd edib ki, Çinin xarici işlər naziri Van İ aprel ayında Şimali Koreyaya səfər edib.

Избранный
2
1
ikisahil.az

2Источники