RU

İstanbulda möhtəşəm finalda üç qol: "Aston Villa" UEFA Avropa Liqasının çempionu oldu

"Aston Villa" İstanbuldakı Tüpraş stadionunda keçirilən UEFA Avropa Liqasının finalında Freiburqu 3-0 hesabı ilə məğlub edərək titul qazandı.

UEFA Avropa Liqasının finalında Almaniyanın Freiburq komandası İngiltərənin Aston Villa komandası ilə qarşılaşdı. İstanbuldakı Tüpraş stadionunda keçirilən matç "Aston Villa"nın 3-0 hesablı qələbəsi ilə başa çatdı.

Unai Emerinin rəhbərlik etdiyi "Aston Villa" komandasının qələbəsini təmin edən qolları 40-cı dəqiqədə Yuri Tielemans, 45-ci dəqiqədə Emiliano Buendia və 57-ci dəqiqədə Morqan Rocers vurdu. Qalan dəqiqələrdə başqa qol olmadı.

Bu nəticə ilə "Aston Villa" UEFA Avropa Liqasının çempionu oldu. İngiltərə komandası gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazandı.

İngiltərə Premyer Liqasında "Aston Villa"nı Çempionlar Liqası zonasına çıxarmaqla öz dəyərini bir daha sübut edən ispan məşqçi Unay Emeri, Avropa Liqası haqqında düşünəndə ağla gələn ilk adlardan biridir. Altıncı dəfə UEFA Avropa Liqası finalına çıxan Emeri, 2014, 2015 və 2016-cı illərdə "Sevilya" ilə kuboku başı üzərinə qaldıraraq ardıcıl üç mövsüm UEFA Avropa Liqasını qazandı. 2021-ci ildə İspaniyanın "Vilyarreal" komandası ilə bu uğura dördüncü dəfə imza atan 54 yaşlı məşqçi, 2026-cı ildə "Aston Villa" ilə bu uğura yenidən imza ataraq beşinci dəfə yarışı qazandı.

Əziz MUSTAFA

Избранный
34
oxumeni.az

1Источники