RU

Rusiya Ermənistana qarşı rəsmən "hücum"a keçdi: Kremldən savaş tonunda açıqlama

Moskva ilə İrəvan arasında gərginlik daha da dərinləşir.

Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Ermənistanla bağlı sərt bəyanat yayıb.

Bəyanatda Ermənistanda anti-Rusiya kampaniyasının aparıldığı iddia olunub. Rusiya XİN bildirib ki, Moskva Ermənistanın daxili işlərinə qarışmır və Avropa İttifaqından fərqli olaraq seçki proseslərinə təsir göstərməyə çalışmır.

Rusiya tərəfi vurğulayıb ki, son dövrlərdə Ermənistan rəhbərliyinin atdığı addımlar Moskva-İrəvan müttəfiqliyinin ruhuna ziddir və münasibətlərdə ciddi dəyişiklik riski yaradır.

Kreml həmçinin qeyd edib ki, Qərb Ermənistanı Rusiyaya qarşı istifadə etməyə çalışır və İrəvan bu xəbərdarlıqlara məhəl qoymur.

Bəyanatda qarşıdan gələn parlament seçkiləri fonunda Ermənistan cəmiyyətinin ölkəni Rusiya ilə qarşıdurmaya sürükləməyə imkan verməyəcəyinə ümid ifadə olunub.

 

Musavat.com

Избранный
34
1
musavat.com

2Источники