RU

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

"Fənərbağça"da keçiriləcək prezident seçkiləri ərəfəsində transfer bazarında görünməmiş bir hərəkətlilik yaşanır.

Fanat.Az xəbər verir ki, "Fənərbağça"nın prezidentliyə namizədi Hakan Safinin rəsmi təklif apardığı dünyaşöhrətli italyan baş məşqçi Antonio Konte İstanbula gəlməyə yaşıl işıq yandırıb, lakin rəhbərlik qarşısında çətin bir şərt irəli sürüb.

"Sabah" qəzetinin yaydığı iddiaya görə, təcrübəli mütəxəssis Safinin rəsmi təklifini qəbul etmək üçün "Napoli"nin ulduz pleymeykeri Kevin De Bruynenin transfer edilməsini şərt qoyub.

"O da mənimlə gələcək" deyərək hücum və ötürmə xəttində belə bir lider görmək istəyən Kontenin bu çılğın tələbini Hakan Safinin dərhal rəsmi olaraq qəbul etdiyi bildirilir.

Избранный
4
fanat.az

1Источники