RU

Rusiyadan Ermənistana “Putin yolu”nun yaradılması təklif olunub

Təşəbbüs “Tramp marşrutu” layihəsi fonunda beynəlxalq konfransda səsləndirilib...

Poliqon xəbər verir ki, Rusiyada Ermənistana uzanan yeni nəqliyyat marşrutunun yaradılması təşəbbüsü irəli sürülüb. Təklif “Rusiya və dünya: dialoqlar-2026. Yeni reallıq” adlı beynəlxalq konfrans çərçivəsində səsləndirilib.

Məlumata görə, Milli Kommunikasiyaların İnkişafı Tədqiqat İnstitutunun direktoru Qasumyanov yeni nəqliyyat dəhlizinin “Rusiya prezidenti Vladimir Putinin yolu” adlandırılmasını təklif edib.

O bildirib ki, təşəbbüsə nümunə kimi Azərbaycandan Türkiyə uzanacaq və hazırda müzakirə olunan “Tramp marşrutu” (TRIPP) layihəsi götürülüb. Qasumyanov bildirib ki, əgər Azərbaycandan Türkiyəyə “Tramp yolu” mövcuddursa, o zaman Rusiyadan Abxaziya və Gürcüstan üzərindən Ermənistana “Putin yolu”nun yaradılması niyə mümkün olmasın.

Təklif edilən marşrutun Rusiyanı Abxaziya və Gürcüstan ərazisindən keçməklə Ermənistanla birləşdirməsi nəzərdə tutulub. Layihənin əsas məqsədinin regionda nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsi olduğu vurğulanıb.

Ekspertlər qeyd ediblər ki, son illərdə Cənubi Qafqaz regionunda yeni nəqliyyat dəhlizləri və alternativ marşrutlarla bağlı müzakirələr intensivləşib. Xüsusilə regional kommunikasiya xətlərinin açılması həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyıb.

Bununla yanaşı, təşəbbüsün rəsmi səviyyədə dəstəklənib-dəstəklənmədiyi və layihənin praktiki icrası ilə bağlı hər hansı konkret qərarın qəbul olunub-olunmadığı barədə məlumat verilməyib.

Poliqon.info

Избранный
48
poliqon.info

1Источники