RU

Ağdaşda Ailə Sağlamlıq Mərkəzinin inşası üçün 152 min manatdan çox qrant ayrılıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 20 may, AZƏRTAC

Ağdaş rayonunda Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunmuş “Ağdaş rayonunun Aşağı Nemətabad kəndində Ailə Sağlamlıq Mərkəzinin inşası” layihəsinin təqdimat mərasimi keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Katsuya, Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının müavini Aynur Novruzova, TƏBİB-in İcraçı direktorunun müşaviri Töhfə Cəmilova, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının direktoru İntiqam İbrahimov iştirak ediblər.

Layihə Aşağı Nemətabad və bir neçə qonşu kəndin 5 000-dən çox sakini üçün səhiyyə xidmətlərinə çıxışı yaxşılaşdıracaq. İnşaat xərcləri “Ot kökləri və İnsan təhlükəsizliyi Qrant Yardımı Proqramı” əsasında qarşılanıb, tibbi avadanlıq və digər ləvazimatlar isə TƏBİB tərəfindən təmin edilib.

Layihənin icrası üçün Yaponiya hökuməti tərəfindən 152 min 100 manat (90 min 000 ABŞ dolları) məbləğində qrant ayrılıb. İndiyə qədər Azərbaycanda “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunmuş layihələrin ümumi sayı 287 olmaqla, ümumi qrant məbləği 24 milyon 255 min 269 ABŞ dollarını keçib.

“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” Azərbaycan əhalisinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə səhiyyə, ictimai sağlamlıq, təhsil və kənd təsərrüfatı sahələrində bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçikmiqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
azertag.az

1Источники