RU

Şoyqudan Ermənistana sərt mesaj: İrəvan Rusiyaya qarşı qeyri-dost addımlar atıb...

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistan rəhbərliyinin son dövrlərdə Moskva ilə müttəfiqlik ruhuna uyğun olmayan siyasət yürütdüyünü bildirib...

Poliqon xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistan hakimiyyətinin son vaxtlar Rusiya ilə münasibətlərdə bir sıra qeyri-dost addımlar aması ilə bağlı fikirlər səsləndirib. Şoyqunun sözlərinə görə, İrəvanın həyata keçirdiyi bəzi siyasi qərarlar Moskva ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin ruhuna uyğun gəlmir.

Rusiya rəsmisi qeyd edib ki, Ermənistan beynəlxalq platformalarda getdikcə daha çox Avropa İttifaqının mövqeyinə qoşulur. Onun fikrincə, bu tendensiya iki ölkə arasında mövcud olan ənənəvi əməkdaşlıq modelinə ziddir və Moskvanın diqqətindən yayınmır.

Şoyqu eyni zamanda Rusiyanın Ermənistan iqtisadiyyatına göstərdiyi dəstəyi də vurğulayıb. O bildirib ki, Rusiya Ermənistana təbii qaz, un, taxıl, gübrə və benzin kimi strateji məhsulları bazar qiymətindən təxminən üç dəfə ucuz qiymətə təqdim edir. Bundan başqa, Ermənistanın kənd təsərrüfatı məhsullarının ixracının 98 faizinin, güclü spirtli içkilər ixracının isə 78 faizinin məhz Rusiya bazarının payına düşdüyünü qeyd edib.

Rusiya Təhlükəsizlik Şurasının katibi Ermənistan vətəndaşlarının Rusiyada xüsusi kvota, patent və ya iş icazəsi olmadan işlədiyini də xatırladıb. Onun sözlərinə görə, 2025-ci ildə Rusiyada çalışan erməni vətəndaşları ölkələrinə ümumilikdə təxminən 3,9 milyard dollar vəsait köçürüblər.

Şoyqu həmçinin bildirib ki, 2025-ci ildə Ermənistana gələn turistlərin 40 faizini Rusiya vətəndaşları təşkil edib və onların xərcləri ölkə iqtisadiyyatına ciddi dəstək verib.

Rusiya rəsmisi əlavə edib ki, Ermənistanın 2025–2026-cı illərdə strateji tərəfdaş kimi seçdiyi bəzi dövlətlər Moskva tərəfindən qeyri-dost ölkələr hesab olunur. O, İrəvanın Ukrayna Prezidenti Volodymyr Zelenskyy üçün Avropa Siyasi Birliyinin sammitində tribuna təqdim etməsini də tənqid edib. Şoyqu bunu nasizmə qarşı döyüşmüş ermənilərin xatirəsinə hörmətsizlik kimi qiymətləndirib.

Bununla yanaşı, o vurğulayıb ki, rus və erməni xalqlarını əsrlərlə formalaşmış dostluq əlaqələri və ortaq tarix birləşdirir. Şoyqu iddia edib ki, 1990-cı illərdə Rusiyanın dəstəyi nəticəsində Ermənistan öz suverenliyini qoruyub saxlaya bilib.

Sonda Rusiya Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Moskva ilə əməkdaşlıq Ermənistan iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən biridir və bu faktı inkar etmək çətindir. O əlavə edib ki, Rusiya Ermənistan rəhbərliyinin Moskva ilə əməkdaşlıqdan fayda əldə etmək istəyini başa düşür, lakin münasibətlərin “ikitərəfli küçə” prinsipi əsasında qurulmalı olduğunu düşünür.

Poliqon.info

Избранный
20
poliqon.info

1Источники