RU

Almaniyada Rusiyaya casusluq edən qazaxıstanlı – XİN təsdiq edir, amma – müəmma

Qazaxıstan Xarici İşlər Nazirliyi Almaniyada casusluq şübhəsi ilə saxlanılan Qazaxıstan vətəndaşının şəxsiyyətini təsdiqləyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Erlan Jetıbayevin sözlərinə görə, saxlanılma aprelin 29-da baş verib. Diplomatlar artıq şübhəlinin şəxsiyyətini müəyyən ediblər, lakin istintaq naminə kişinin adı gizli saxlanılır.

Erlan Jetıbayev həmçinin saxlanılan şəxsin Almaniyadakı Qazaxıstan səfirliyindən və ya konsulluq idarələrindən kömək istəmədiyini də aydınlaşdırıb.

Qazaxıstan Xarici İşlər Nazirliyi əlavə edib ki, iş üzrə əlavə məlumatlar Qazaxıstan və Almaniyadakı səlahiyyətli orqanlar tərəfindən işlənir.

Bu barədə yayılmış ilkin informasiyada Qazaxıstan vətəndaşının Almaniyada Rusiya Federasiyasının xeyrinə casusluq edərkən ifşa olunduğu bildirilirdi. Maraqlıdır ki, Qazaxıstan XİN-in yaydığı məlumatda bu barədə heç nə deyilmir.

Musavat.com

Избранный
29
musavat.com

1Источники