RU

Britaniyalı nazir Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına görə üzr İSTƏDİ

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Böyük Britaniyanın ticarət naziri Kris Brayant aviasiya və dizel yanacağı qıtlığının qarşısını almaq məqsədilə Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına görə üzr istəyib.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Ticarət naziri parlamentdəki çıxışında ABŞ-ın analoji qərarından sonra atılan bu addımın "uğursuz" alındığını və lisenziyanın ən qısa zamanda dayandırılacağını bəyan edib.

«Biz uğursuz bir addım atdıq, bu, tamamilə mənim təqsirimdir və mən buna görə üzr istəyirəm. Nəticədə, nəyə nail olmaq istədiyimiz barədə yanlış təəssürat yaratdıq», — deyə Brayant bildirib.

Mayın 19-da məlum olub ki, Böyük Britaniya Maliyyə Nazirliyi üçüncü ölkələrin ərazisində Rusiya neftindən istehsal olunan dizel və kerosinin idxalına müddətsiz icazə verib. Lisenziya mayın 20-dən qüvvəyə minib. Britaniya hökuməti bu qadağanı 2025-ci ilin oktyabrında Rusiya Federasiyasını enerji daşıyıcılarının satışından əldə edilən gəlirdən məhrum etmək və əvvəllər müəyyən edilmiş məhdudiyyətlərin yan keçilməsi imkanlarını məhdudlaşdırmaq məqsədilə sanksiya siyasətinin sərtləşdirilməsi çərçivəsində tətbiq etmişdi.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
1
redaktor.az

2Источники