RU

Ağdaşın Aşağı Nemətabad Ailə Sağlamlıq Mərkəzi açıldı FOTOLAR

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

TƏBİB-in təşkilatçılığı və Yaponiya hökumətinin maliyyə dəstəyi ilə tikilən Ağdaş Rayon Mərkəzi Xəstəxanasının nəzdindəki Aşağı Nemətabad Ailə Sağlamlıq Mərkəzinin (Mərkəz) açılışı olub.Demokrat.az xəbər verir ki, açılış mərasimində TƏBİB-in İcraçı direktorunun müşaviri Töhfə Cəmilova, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Aynur Novruzova, Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Katsuya Vatanabe və səfirin birinci katibi Mukai Shinichi, Yaponiyanın ölkəmizdəki səfirliyinin xarici məsləhətçiləri Kashiro Mei və Nərgiz Bağırlı, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının direktoru İntiqam İbrahimov və digər rəsmi şəxslər iştirak edib.Bildirilib ki, Mərkəz Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi üçün qrant” proqramı çərçivəsində tikilib. Tibb müəssisəsi yeni müasir inventar və avadanlıqlarla tam təchiz olunub, həmçinin ərazidə abadlıq işləri aparılıb.Yeni tikilən tibb müəssisəsində həkim, tibb bacısı, o cümlədən  peyvənd, ginekoloji baxış və prosedur (iynə) otaqları mövcuddur.Qeyd edək ki, Mərkəz rayonun Aşağı Nemətabad, Yuxarı Nemətabad, Qobuüstü, Aşağı Qobuüstü, Hacılar, Qəribli, Yenikənd kəndləri daxil olmaqla, ümumilikdə 7 yaşayış məntəqəsi üzrə 4 500 nəfərə tibbi xidmət göstərəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
40
demokrat.az

1Источники