RU

Parisdən Vaşinqtona MESAJ

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Fransa və Qrenlandiya arasında kritik mədən və minerallar sahəsində əməkdaşlığın artırılmasına yönəlmiş niyyət məktubunu imzalanıb. 

"Cebheinfo.az" xəbər verir ki, Fransanın xarici ticarət və investisiyalar üzrə naziri Nicolas Forissier "X" sosial media platformasında Qrenlandiyanın xarici işlər naziri Mute Egede ilə Qrenlandiyanın paytaxtı Nuuk şəhərində saziş imzaladıqları anların fotosunu paylaşıb. 

Nazir Forissier Fransa ilə Qrenlandiya arasında kritik minerallar və mədənlər sahəsində niyyət məktubunun imzalandığını açıqlayaraq, “Avropa sənayesi və energetikasının gələcəyi üçün strateji tərəfdaşlıqdır” ifadələrini işlədib. 

Fransa ABŞ-də Prezident Donald Tramp administrasiyasının nəzarətə götürmək istədiyi Qrenlandiyada 6 fevral tarixində konsulluq açmışdı. Bu addımla Fransa Qrenlandiyada diplomatik nümayəndəliyi olan ölkələr sırasına qoşulmuşdu. 

Fransanın xarici işlər naziri Jean-Noel Barrot enerji resursları və strateji mövqeyinə görə ABŞ-nin diqqət mərkəzində olan Qrenlandiya ilə bağlı açıqlamasında adadakı Fransa varlığını hər sahədə gücləndirmək istədiklərini bildirmişdi. 

ABŞ Prezidenti Donald Tramp son dövrlərdə milli təhlükəsizlik səbəbi ilə Qrenlandiyanı nəzarətə götürmək istədiyinə dair açıqlamalarını daha da artırıb. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
73
1
cebheinfo.az

2Источники