"İmişli" klubu futbolçusu Tuncay Yusifli ilə müqavilənin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
21 yaşlı cinah müdafiəçi ilə "2+1" illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Tuncay Yusifli ötən ilin yayında "İmişli"yə keçib.