RU

Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası

Bu günlərdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov qardaş ölkənin “Cümhuriyyət” qəzetinə müsahibə verib.

Səfir Rəşad Məmmədov müsahibəsində "Azərbaycan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşıdırmı?" sualını cavablandırarkən rəsmi Bakının Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində iştirak etdiyini bildirib. O əlavə edib ki, "İki ölkə arasındakı sərhəd 7 iyunda keçiriləcək Ermənistan seçkilərindən və Konstitusiya dəyişikliyi başa çatdıqdan sonra açılacaq".

Diplomatın bu real və obyektiv proqnozu Türkiyədə, eləcə də digər ölkələrdə fəaliyyət göstərən, iki qardaş ölkənin ortaq maraqlarını həzm edə bilməyən bəzi marjinal dairələrin, anti-Azərbaycan qrupların əsassız narazılığına səbəb olub, manipulyasiya hədəfinə çevrilib. Bakı və Ankaranın Cənubi Qafqazdakı vahid güc mərkəzi kimi çıxış etməsindən narahat olan bu qüvvələr, diplomatın tamamilə obyektiv və müttəfiqlik ruhuna uyğun şərhini qərəzli şəkildə təhrif etməyə çalışıb, tamamilə əsassız iddialarla səfirin açıqlamasına qarşı süni narazılıq dalğası yaratmağa cəhd ediblər.

Publika.az xəbər verir ki, "Faktyoxla" səfirin açıqlaması ilə bağlı başlanan qaralama kampaniyasında iştirak edənlərin kimliyini araşdırıb.

Избранный
34
publika.az

1Источники