RU

Rusiya və Çin “Sibirin Gücü 2” qaz kəmərinin işə salınma tarixini razılaşdıra bilməyib

Kreml layihənin əsas parametrləri üzrə anlaşmanın əldə olunduğunu, lakin bəzi detallarla bağlı danışıqların davam etdiyini açıqlayıb...

Rusiya və Çin Pekində keçirilən danışıqların yekununda “Sibirin Gücü 2” qaz kəməri layihəsinin reallaşdırılması üçün konkret vaxt çərçivəsi ilə bağlı yekun razılığa gələ bilməyib.

Poliqon xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, tərəflər layihənin əsas parametrləri üzrə ümumi anlaşma əldə ediblər. Peskov bildirib ki, qaz kəmərinin marşrutu, tikinti mexanizmi və layihənin ümumi konsepsiyası ilə bağlı prinsipial məsələlər artıq razılaşdırılıb.

Kreml rəsmisi qeyd edib ki, hazırda yalnız müəyyən texniki və kommersiya xarakterli detallarla bağlı danışıqlar davam edir. O vurğulayıb ki, bütün əsas istiqamətlər üzrə ortaq mövqenin formalaşması artıq “kifayət qədər böyük nailiyyət” hesab olunur.

“Sibirin Gücü 2” layihəsi Rusiyanın təbii qazının Monqolustan üzərindən Çinə nəqlini nəzərdə tutur. Layihə tam reallaşacağı təqdirdə, Rusiya ildə on milyardlarla kubmetr qaz ixrac etmək imkanı əldə edə bilər. Bu marşrut xüsusilə Avropa bazarında yaranan məhdudiyyətlər fonunda Moskva üçün strateji əhəmiyyət daşıyır.

Ekspertlərin fikrincə, layihənin vaxt qrafiki ilə bağlı yekun qərarın gecikməsi tərəflərin qiymət mexanizmi, investisiya yükünün bölüşdürülməsi və uzunmüddətli enerji strategiyası ilə bağlı bəzi məsələlər üzərində hələ də tam razılığa gəlmədiyini göstərir.

Poliqon.info

Избранный
46
poliqon.info

1Источники