RU

"University of Twente"nin professoru: Sürətlə urbanizasiya olunan ərazilərdə məskənlər genişlənir

Xəritələşdirmənin əsas məsələlərindən biri, yaşayış məskənlərinin yerləşməsi və onların dinamikasıdır.

APA xəbər verir ki, bu barədə WUF13 çərçivəsində keçirilən "Qeyri-formal yaşayış məntəqələrinin transformasiyası: məlumatlar, standartlar və praktika — BMT-Habitat Arena.” tədbirində "University of Twente"nin professoru Monika Kuffer bildirib.

"Biz yalnız məskənlərin yerləşməsini və dinamikasını deyil, həm də onların müxtəlifliyini və problemlərinin ağırlıq dərəcəsini xəritələşdiririk. Yəni ərazidə mövcud olan fərqli şəraitləri də təhlil edirik", - Monika Kuffer vurğulayıb.

Onun sözlərinə görə, sürətlə urbanizasiya olunan ərazilərdə məskənlər çox sürətlə genişlənir və buna görə də operativ yenilənən məlumatlara ehtiyac yaranır. Bunun üçün iki əsas istiqamət üzrə iş aparılır.

"Birincisi, biz orta ölçülü təsvir məlumatları ilə işləyə bilən və yüksək hesablama resursu tələb etməyən yüngül süni intellekt modeli hazırlamışıq. İkincisi isə istifadəçi portalı yaratmışıq. Bu portal vasitəsilə modelin nəticələrini istifadəçilərə təqdim edirik və onlar (yerli istifadəçilər - red.) nəticələr barədə rəy verə bilirlər — məsələn, “bu doğrudur”, “bu yanlışdır” deyə qeyd edirlər".

Избранный
31
2
apa.az

3Источники