RU

“8 şəhər və 100-dən çox kəndin master planı hazırlanıb” -

"Azad olunmuş ərazilərin inkişafı üçün ilkin mərhələdə ümumi plan hazırlanıb və bu sənəd bölgənin gələcək inkişafı üçün əsas yol xəritəsi rolunu oynayıb".Metbuat.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad olunmuş ərazilərdə layihə idarəedilməsi üzrə şöbə müdiri Ramil Cahangirov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində işğaldan azad olunmuş ərazilərin bərpası və şəhərsalma strategiyasına dair müzakirələrdə çıxışı zamanı deyib: “Bu ümumi plan çox güclü təməl və növbəti addımlar üçün əsas baza oldu. Daha sonra şəhər və kəndlər üzrə master planların hazırlanmasına başlanıldı. Bu günədək 8 şəhərin və 100-dən çox kəndin baş planı hazırlanıb. Həmin planlar hər bir yaşayış məntəqəsinin inkişaf istiqamətlərini müəyyən edən əsas sənədlərə çevrilib”, – deyə o vurğulayıb.R.Cahangirov qeyd edib ki, mərhələli və iyerarxik yanaşma sayəsində regionun müxtəlif hissələrində paralel şəkildə tikinti və bərpa işlərini həyata keçirmək mümkün olub.Onun sözlərinə görə, bərpa prosesinin uğurunda mühüm rol oynayan amillərdən biri də institusional idarəetmə mexanizmlərinin düzgün qurulmasıdır:“Bərpa prosesinin yüksək səviyyədə koordinasiyası və xüsusi nümayəndəlik institutunun yaradılması bu prosesdə əsas addımlardan biri olub. Bu idarəetmə modeli ənənəvi yerli idarəetmədən fərqlənir. Çünki burada idarəetmə post-münaqişə və bərpa şəraitində həyata keçirilir. Hər gün tikinti işləri aparılır, insanların qayıdışı təmin olunur və bu, çevik idarəetmə tələb edir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Избранный
53
metbuat.az

1Источники