RU

"Şəhərsalma ilə miqrasiya siyasəti bir-birini tamamlamalıdır" -

"Şəhərsalma və miqrasiya siyasəti bir-birini tamamlamalıdır.Məqsəd dayanıqlı və inklüziv şəhərlərin formalaşdırılmasıdır”.Metbuat.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycanın növbəti dəfə qlobal səviyyəli tədbirə ev sahibliyi etməsi ölkənin artan beynəlxalq nüfuzunun və dayanıqlı inkişaf gündəliyinə verdiyi töhfənin göstəricisidir.Vüsal Hüseynov qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumu çərçivəsində müzakirə olunan əsas mövzulardan biri də miqrasiya və şəhərlər məsələsidir:“Dünyada miqrasiya prosesləri yüksək dinamika ilə artır. Son hesabatlara əsasən, beynəlxalq miqrantların sayı 304 milyona çatıb. Daxili miqrasiya rəqəmləri də nəzərə alınarsa, bu göstərici bir neçə dəfə daha çoxdur”.DMX rəisinin sözlərinə görə, dünya əhalisinin yarıdan çoxunun şəhərlərdə yaşaması, 2050-ci ilə qədər isə bu göstəricinin 70 faizə çatacağının proqnozlaşdırılması şəhərsalma və miqrasiya arasında əlaqəni daha da aktuallaşdırır.O vurğulayıb ki, miqrantların yeni şəhərlərə inteqrasiyası, dövlət və sosial xidmətlərə çıxışı, bərabər imkanların təmin olunması, eləcə də həssas qruplara yönəlmiş tədbirlər xüsusi diqqət tələb edir.Vüsal Hüseynov əlavə edib ki, müzakirələr zamanı Azərbaycanın Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işləri də diqqətə çatdırılıb.

Gülbəniz Hüseynli / Metbuat.az

Избранный
4
metbuat.az

1Источники