RU

UN-Habitatın nümayəndəsi: Tərəfimizdən çoxsaylı tərəfdaşlarla koordinasiya işləri aparılır

"Qeyri-formal yaşayış məntəqələri üzrə müxtəlif məkanları öyrənmək və anlamaq üçün fərqli yanaşmalara ehtiyac duyulur".

APA xəbər verir ki, bu barədə WUF13 çərçivəsində keçirilən "Qeyri-formal yaşayış məntəqələrinin transformasiyası: məlumatlar, standartlar və praktika — BMT-Habitat Arena.” tədbirində UN-Habitat-ın nümayəndəsi Robert Nduqva bildirib.

"BMT-Habitat olaraq bizim tərəfdən çoxsaylı tərəfdaşlarla koordinasiya işləri aparılır. Hazırda tətbiq edə biləcəyimiz strategiya ilə bağlı ilkin təsəvvürümüz formalaşıb. Bunlardan biri, əlbəttə ki, daha çox ilkin və strateji səviyyəyə aiddir. Biz aşağı keyfiyyətli təsvirlərin analizi əsasında baza məlumat qatlarının yaradılması üzərində işləyirik ki, bu da daha az xərclə ümumi vəziyyəti anlamağa və müəyyən nəticələr əldə etməyə kömək edə bilər. Bunun üçün isə, təbii olaraq, müxtəlif parametrlərimizin və ölçmə metodlarımızın daha yüksək səviyyədə uyğunlaşdırılması tələb olunur", - Robert Nduqva qeyd edib.

Onun sözlərinə görə, əsasən, milli səviyyədə mövcud olan xüsusiyyətləri və problemləri müəyyənləşdirməyə çalışırlar.

Robert Nduqva əlavə edib ki, bununla yanaşı, məhəllə və icma səviyyəsində vəziyyət də araşdırılır:

"Məsələn, müəyyən məkanlar və qeyri-formal yaşayış sahələri üzrə xəritələrin uyğunlaşdırılması mümkündür və bunları müxtəlif qatlar üzrə təhlil etmək olar. Bu isə bəzi hallarda çox yüksək keyfiyyətli məlumat bazalarının istifadəsini tələb edə bilər", - Robert Nduqva qeyd edib.

Избранный
12
apa.az

1Источники