RU

"Tramp Çində heç nə əldə edə bilmədi, amma Rusiya..." -Zərdüşt Əlizadə

"ABŞ Prezidenti Donald Trampdan sonra Rusiya lideri Vladimir Putinin Çinə səfəri Çinin dünyada artan hörmətini, nüfuzunu səciyyələndirir".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirdi.

Onun sözlərinə görə, dünya miqyasında Amerikanın vəzni böyük olsa da, Çin artıq ona çatmaqdadır:

"Çin Rusiya ilə daha yaxın münasibətlər saxlayır, nəinki Amerika ilə. Eyni zamanda Çin Amerika ilə də düşmənçilik etmək istəmir. Kəskin rəqabət istəmir, amma istəyir ki, Amerika Çinin həqiqi mövqeyini, nüfuzunu tanısın və ona qarşı heç nə etməsin. Trampın səfəri zamanı Tramp Çində heç nə əldə edə bilmədi. Yalnız xoş niyyət, nəvaziş, mədəniyyət, qarşılıqlı hörmət, amma başqa heç bir şey görülmədi. Amma Rusiya ilə Çin arasında münasibətlər konkret əməkdaşlığa çevrilib".

Aytəkin TOFİQQIZI

Избранный
23
1
redaktor.az

2Источники