RU

Luvr muzeyinin qarəti barədə film çəkiləcək

Luvr

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Luvr muzeyində baş verən səs-küylü qarət hadisəsi yeni bədii filmin əsas mövzusu olacaq. Ekran işinin rejissorluğunu məşhur rejissor Romen Qavras həyata keçirəcək.Ulusum.az xəbər verir ki, bu barədə Fransanın "Le Figaro" nəşri məlumat yayıb.Film Jan-Mişel Dekuji, Jeremi Fam-Le və Nikolya-Şarl Torrent tərəfindən qələmə alınmış kitab əsasında lentə alınacaq. Həmin əsərdə məxfi sənədlərə və səs-küylü jurnalist araşdırmalarına əsaslanaraq rezonans doğuran bu cinayət hadisəsi təsvir edilir.Hazırda gələcək kino layihəsi ilə bağlı detallar olduqca məhduddur: aktyor heyəti, filmin işçi adı və ehtimal olunan premyera tarixi hələlik açıqlanmayıb. Buna baxmayaraq, seçilmiş mövzu və rejissor faktoru sayəsində layihə həm tamaşaçılar, həm də kino sənayesi tərəfindən böyük maraqla qarşılanır.Xatırladaq ki, ötən il oktyabrın 19-da Luvr muzeyindən Napoleon və imperatriça Jozefinaya məxsus zinət əşyaları kolleksiyasından doqquz eksponat oğurlanıb. Cinayətkar qrup özlərini muzey işçisi kimi təqdim edərək binaya daxil olub və soyğunu cəmi yeddi dəqiqə ərzində həyata keçirib.

Diqqət Çəkənlər

Novxanıda hoteldə güclü yanğın başlayıb FOTO

Türkiyə Bakı Koalisiyasını iqlim dialoqu üçün daimi platformaya çevirməyi müdafiə edir

Tailand turistlər üçün vizasız qalma müddətini azaldır

Избранный
3
ulusum.az

1Источники