RU

Rafael Tuts: Mənzil dayanıqlılığını düzgün şəkildə qurmaq bir çox qlobal məqsədlərə nail olmağa imkan verir

Bakı, 20 may, AZƏRTAC

Mənzil böhranı təkcə ev çatışmazlığı deyil, bu, sistemlərin uğursuzluğudur və buna görə də sistemli yanaşma tələb edir. Dayanıqlılıq yanaşması bu problemi yenidən çərçivələndirir və onun bütün sahələrlə əlaqəsini ortaya qoyur.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Həllər Bölməsinin direktoru Rafael Tuts Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzil Davamlılığı Şəhər Sistemləri Çətinliyi kimi” mövzusunda sessiyada çıxışı zamanı deyib.

O qeyd edib ki, mənzil dayanıqlılığını düzgün şəkildə qurmaq, eyni zamanda, bir çox qlobal məqsədlərə nail olmağa imkan verir.

“Bu, əldən verilməməli olan mühüm strateji fürsətdir. Biz dayanıqlılığı mənzil siyasətinə, torpaqdan istifadəyə, tikinti normalarına, planlaşdırma standartlarına, inşaat təcrübələrinə və maliyyələşmə mexanizmlərinə daxil etdikdə, yalnız evləri deyil, həm də insanları, iqtisadiyyatı və gələcəyi qorumuş oluruq”,- deyə o bildirib.

Избранный
35
1
azertag.az

2Источники