RU

Yuxu çatışmazlığı insanların sağlamlığına ciddi təsir edir

Yeni araşdırmaya görə, insanların az və ya həddindən artıq yatması bədənin bioloji yaşlanmasını sürətləndirə bilər. Alimlər bildirirlər ki, gecə ərzində təxminən 6.4–7.8 saat yatmaq sağlamlıq üçün ən uyğun müddət hesab olunur. 

QHT.az xarici mediaya istinadən bildirir ki, tədqiqat zamanı 500 mindən çox insanın məlumatları araşdırılıb. Məlum olub ki, 6 saatdan az yatmaq ürək-damar xəstəlikləri, yüksək təzyiq, diabet, piylənmə və depressiya riskini artırır. Həmçinin diqqət problemləri və narahatlıq halları da daha çox müşahidə edilir. 

Araşdırmada çox yatmağın da təhlükəli ola biləcəyi vurğulanıb. Gecə 8 saatdan artıq yatmaq bəzi hallarda beyin və psixoloji problemlərlə əlaqələndirilib. Mütəxəssislər bunu bəzən orqanizmdə gizli sağlamlıq problemlərinin əlaməti kimi qiymətləndirirlər. 

Digər bir hesabatda isə xüsusilə yeniyetmələrin əvvəlki illərlə müqayisədə daha az yatdığı qeyd olunub. Ekspertlər bunun əsas səbəbləri arasında sosial media istifadəsi, ekran qarşısında uzun vaxt keçirmək və gündəlik stressi göstərirlər. 

Mütəxəssislər sağlam yuxu üçün telefon və digər elektron cihazlardan yatmazdan əvvəl uzaq durmağı, hər gün eyni saatda yatmağı və kofeinin azaldılmasını tövsiyə edirlər. 

Piranə Xasiyeva

Избранный
22
qht.az

1Источники