ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı tətbiq edilən blokada çərçivəsində həyata keçirilən əməliyyatlarla bağlı açıqlama yayıb.
Redaktor.az xəbər verir ki, məlumatda ABŞ qüvvələrinin 13 apreldə qüvvəyə minən blokada qərarının icrasını təmin etmək məqsədilə fəaliyyət göstərdiyi bildirilib.
Açıqlamaya görə, çərşənbə gününədək 90 ticarət gəmisi istiqamətləndirilib, dörd gəmi isə sıradan çıxarılıb.
CENTCOM qeyd edib ki, əməliyyatlar regionda təhlükəsizlik və nəzarətin təmin olunması məqsədilə davam etdirilir.
Aminə ŞAHSUVARQIZI