RU

Qubada Vətən Müharibəsi abidəsi baxımsız vəziyyətdədir - İcra hakimiyyəti isə deyir ki...

Quba rayonunun İkinci Nügədi kəndində Böyük Vətən müharibəsi və Qarabağ döyüşlərində həlak olmuş, eləcə də itkin düşmüş şəxslərin xatirəsinə ucaldılmış abidənin baxımsız vəziyyətdə olduğu iddia edilir.

Bununla bağlı kənd sakinləri tərəfindən Publika.az-a şikayət daxil olub.

Şikayətə görə, abidənin yerləşdiyi ərazidə bərpa və təmizlik işləri vaxtında aparılmır. Kənd sakinləri bu vəziyyətdən narazı olduqlarını bildiriblər.

Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Asəf Şirinov ilə əlaqə saxladıq. O, səsləndirilən iddiaları təkzib etdi.

Onun sözlərinə görə, abidənin yerləşdiyi təxminən 6-10 sot ərazidə mütəmadi olaraq təmizlik və baxım işləri aparılır.

Избранный
10
publika.az

1Источники