RU

Paşinyanın qəribə davranışı gündəm oldu

Ermənistanın baş naziri Nikol Paşinyanın seçki kampaniyası zamanı qalmaqal baş verib.

Publika.az xəbər verir ki, Paşinyanın İrəvanın Ərəbkir rayonunda seçicilərlə görüşü zamanı Artur Osipyan adlı şəxslə mübahisə edib.

Tənqidlərə cavab verən baş nazir səsini ucaldıb. O, ittihamlara və qınaqlara aqressiv cavab verib, meqafon vasitəsilə bəyan edib ki, “Qarabağ psevdoelitaları” asmaq lazımdır.

Paşinyan açıq şəkildə Qarabağdan (qondarma artsax) olan kişilərin müharibədə niyə sağ qaldığını soruşub və köçkünləri “qaçanlar” adlandırıb:

"Ay qaçıb aradan çıxanlar, sizin ümumiyyətlə burada nə işiniz var. Bunlar kimlərdir axı, gəlib indi mənə barmaq silkələyir. Qarabağın yalançı elitası, hamınız rədd olun buradan. Buna bax, deyir ki, Artur Osipyanam (2023-cü ildən öncə Qarabağda məskunlaşmış erməni, o zaman Qarabağda Paşinyanı dəstəkləyən şəxs olub), başınızı vurun divara, gedib övladlarımızın yerinə siz həlak olardınız da.

Избранный
17
publika.az

1Источники