RU

Dövlət Komitəsinin sədri: Azərbaycan müharibədən sonrakı inkişafın yeni mərhələsinə qədəm qoyub

Son illərdə miqrasiya axınları qlobal səviyyədə əvvəlki sabit modelə uyğunlaşmayıb, dəyişkən və mürəkkəb xarakter alıb.

APA xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov WUF13 çərçivəsində keçirilən “Miqrasiya və şəhərlər: Təhlükəsiz, innovativ və davamlı idarəetmə çərçivəsi” adlı sessiyada bildirib.

O qeyd edib ki, xüsusilə münaqişələr nəticəsində yaranan məcburi köç hallarında bu, daha aydın görünür: “Mövcud vəziyyət məcburi köçkünlər üçün genişmiqyaslı mənzil layihələrinin həyata keçirilməsinə səbəb olub. Bu böhran üçün yeganə dayanıqlı və ədalətli həll yolu münaqişənin siyasi nizamlanması çərçivəsində yerli səviyyədə humanitar dəstəyin təmin olunması idi. Bu, həmçinin ABŞ-ın Azərbaycandakı münaqişə üzrə İnsan Hüquqları üzrə Xüsusi Nümayəndəsinin hesabatında da qeyd olunub”.

Fuad Hüseynov bildirib ki, digər əsas məsələ isə işğal olunmuş ərazilərin azad edilməsi idi: "Bu, məcburi köçkünlərin öz fundamental və ümumbəşəri hüquqlarını təhlükəsiz, ləyaqətli və könüllü şəkildə öz doğma yurdlarına qayıtmaq hüququnu həyata keçirməsinə imkan yaratdı. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən sonra təkcə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü bərpa olunmadı, həm də məcburi köçkünlərin təhlükəsiz və könüllü qayıdışı üçün yeni şərait formalaşdı.

Bu gün Azərbaycan müharibədən sonrakı inkişafın yeni mərhələsinə qədəm qoyub və “Böyük Qayıdış” proqramı həyata keçirilir. Bu proses həm miqyasına, həm də dağıntıların genişliyinə görə dünyada nadir və unikal bir nümunədir”,- o deyib.

Избранный
21
1
apa.az

2Источники