RU

WUF13-də Amazon meşələrinin çox kritik mərhələyə qədəm qoyduğu bildirilib

Amazonun gələcəyi hamı üçün çox vacibdir.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində “Ön Cəbhədən Hekayələr: Şəhər İqlim İrsinin İnkişafı” adlı tədbirdə Amerikalılar Arası İnkişaf Bankında (Inter-American Development Bank) İqlim Dəyişikliyi və Davamlı İnkişaf Sektorunun Meneceri Huan Pablo Bonilla deyib.

O bildirib ki, Amazon meşələrinin qorunması fundamental öhdəliklərdən biridir.

Bununla belə, menecer qeyd edib ki, Amazon meşələri çox kritik mərhələyə qədəm qoyur: “Amazon ərazilərindən qanunsuz istifadə də müəyyən problemlər yaradır. Kariblərdə isə bu məsələ əhalinin dayanıqlı yaşamasının təmini gündəmdədir. Bizim 8 Amazon ölkəsində layihələrimiz var. Bizim daha yaxşı texniki dəstəyə ehtiyacımız var. Biz şəhərləşməni, mobilliyi prioritet halına gətirmişik. Şəhərlərlə meşələr arasında balansı qorumalıyıq. Belə ki, şəhərlərin təhlükəsizliyi əsas prioritetlərdən biridir”.

Избранный
3
apa.az

1Источники