RU

12 saat ac qalanda bədəndə nə baş verir? - Həkim açıqladı

Rusiyalı həkim Natalia Borovskayanın sözlərinə görə, insan 12 saat ərzində qida qəbul etmədikdə orqanizm enerji mənbəyi kimi yağ ehtiyatlarından istifadə etməyə başlayır.

Ölkə.az bu barədə "Lenta.ru"ya istinadla xəbər verir.

Ekspert bildirib ki, son qida qəbulundan təxminən 12 saat sonra mədə-bağırsaq traktındakı bütün qidalar tam həzm olunur. Bu müddətdə zədələnmiş hüceyrələrin təmizlənməsi ilə bağlı hüceyrə yenilənməsi prosesi aktivləşə bilər. Bundan əlavə, orqanizm əsas enerji mənbəyi olan karbohidratlardan yağ ehtiyatlarının parçalanmasına keçir.

Bununla yanaşı, həkim uzunmüddətli aclığın sağlamlığa mənfi təsir göstərə biləcəyini də vurğulayıb. Onun sözlərinə görə, bu hal qanda qlükoza səviyyəsinin azalmasına səbəb ola bilər. Xüsusilə xroniki xəstəlikləri olan şəxslər hər hansı aclıq rejiminə başlamazdan əvvəl mütləq həkim və ya dietoloqla məsləhətləşməlidirlər.

Həmidə İbrahimova

Избранный
56
1
olke.az

2Источники