RU

Tramp ABŞ Ədliyyə Nazirliyinin vergi yoxlamalarından ömürlük toxunulmazlıq alıb

ABŞ Ədliyyə Nazirliyi prezident Donald Tramp, onun ailəsi və bizneslərinə qarşı vergi yoxlamaları və araşdırmaların aparılmasına dair yeni qərar qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.

Məlumata əsasən, qərar Tramp ilə Daxili Gəlir Xidməti (IRS) arasında əldə olunan razılaşma çərçivəsində verilib. Sənədlərə görə, Tramp IRS-ə qarşı qaldırdığı 10 milyard dollarlıq iddianı geri götürüb.

İddia məxfi vergi bəyannamələrinin mediaya sızdırılmasından sonra qaldırılmışdı.

Razılaşmaya əsasən, ABŞ Baş prokurorunun səlahiyyətlərini icra edən Todd Blanche tərəfindən imzalanan sənəd Tramp və onun ailə üzvlərinə qarşı vergi yoxlamaları, təqiblər və digər iddiaların birdəfəlik dayandırılmasını nəzərdə tutur.

Sənəddə ABŞ hökumətinin Tramp və onunla əlaqəli tərəflərə qarşı bütün iddialardan imtina etdiyi və gələcəkdə yeni hüquqi addımların qadağan olunduğu qeyd edilib.

Eyni razılaşma çərçivəsində Ədliyyə Nazirliyi keçmiş prezident Co Bayden administrasiyası dövründə “səlahiyyətlərin sui-istifadəsi” nəticəsində zərər çəkmiş şəxslərə kompensasiya üçün təxminən 1,8 milyard dollarlıq fond yaradıldığını da açıqlayıb.

Aminə ŞAHSUVARQIZI

Избранный
15
redaktor.az

1Источники