RU

Suriyanın nazir müavini: WUF13 hamı üçün öz şəhərlərini formalaşdırmaq və onların problemlərinə diqqət yetirmək fürsətidir

Bakı, 20 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) hamı üçün öz şəhərlərini formalaşdırmaq və onların problemlərinə diqqət yetirmək fürsətidir.

Bu fikirləri ifadə edən Suriya Ərəb Respublikasının ictimai işlər və mənzil nazirinin planlaşdırma və tədqiqat üzrə müavini İmad Həməd Əl-Məsri AZƏRTAC-a açıqlamasında bildirib: “Əlbəttə, müharibələr, təbii fəlakətlər, zəlzələlər və digər kataklizmlər nəticəsində viran qalan şəhərlər və yüksək inkişaf səviyyəsinə çatmış şəhərlər var. Eyni zamanda, hər kəs öz inkişaf səviyyəsini yaxşılaşdırmağı, şəhərlərinə və sakinlərinə diqqəti artırmağa çalışır”.

Onun sözlərinə görə, WUF13 insanların bir araya gəlməsi və fikir mübadiləsi aparması, şəhərlər arasında tərəfdaşlıq əlaqələri qurması və paralel görüşlər, sərgilər və tədbirlər keçirməsi üçün əla fürsətdir.

“Ən vacib olanı bu gün yenilənən Davamlı İnkişaf Gündəliyinin həyata keçirilməsidir. Bütün bunlar dünyada insanların maraqları naminə edilir”, - deyə Suriyanın nazir müavini sözlərini yekunlaşdırıb.

Müxbir – Tamilla Məmmədova

Избранный
59
29
azertag.az

10Источники