RU

Bakı şəhərində bütün ağacların qeydiyyatı və nömrələnməsi üzrə layihələr həyata keçirilir - UMAYRA TAĞIYEVA

“Azad edilmiş ərazilərdə həyata keçirilən “Yaşıl Qayıdış” Proqramı çərçivəsində hava keyfiyyətinin monitorinq sistemlərinin yaradılması iqlim dəyişikliklərinə qarşı dayanıqlılığın artırılması üçün vacib adaptasiya tədbiri kimi müəyyən olunub. Lakin təkcə monitorinq kifayət deyil. Təmiz hava və dayanıqlı şəhərlər üçün inteqrasiya olunmuş şəhər həlləri tələb olunur”.

SİA xəbər verir ki, bu sözləri Umayra Tağıyeva “Yeni şəhər gündəliyinə nəfəs vermək: dayanıqlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” panel sessiyasında deyib.

Onun sözlərinə görə , şəhər meşələri, yaşıl zolaqlar, parklar və təbiətə əsaslanan həllər kimi yaşıl infrastruktur elementləri şəhər istiliyinin azaldılmasında, çirkləndiricilərin tutulmasında, biomüxtəlifliyin artırılmasında və insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır.

Eyni zamanda böyük infrastruktur layihələrinin təbiətə əlavə təzyiq yaratdığı aydındır. Buna görə də təbiətin qorunması tədbirləri inkişaf layihələri ilə paralel şəkildə həyata keçirilməlidir.

Vətəndaş cəmiyyəti və özəl sektorun prosesə cəlb olunması da xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan gənclərin ekoloji hərəkatının aparıcı qüvvələrindən biri olan IDEA İctimai Birliyi-nin fəaliyyəti xüsusi qeyd olunub. Son illərdə IDEA Fondunun təşəbbüsü ilə Bakı şəhərində bütün ağacların qeydiyyatı və nömrələnməsi üzrə genişmiqyaslı layihələr həyata keçirilib. Bu prosesə dövlət qurumları, yerli icra orqanları və bələdiyyələr də cəlb olunub.

Qeyd olunub ki, hava çirklənməsi sərhəd tanımır və iqlim riskləri şəhər sərhədləri ilə məhdudlaşmır. Buna görə də qarşıdakı illərdə regional və beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsi vacib hesab olunur”.

Müəllif: Günay Hacıyeva
Избранный
10
1
sia.az

2Источники